Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Trampın adı hava limanına verildi

1 dəq
Paylaş:
Donald Trampın adı hava limanına verildi

Florida qubernatoru Palm Biçdəki hava limanının adını ABŞ Prezidenti Donald Trampın şərəfinə dəyişdirən qanun layihəsini imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "CBS News" agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ iqamətgahının yaxınlığında Palm Biç bundan sonra "Donald Tramp Hava Limanı" adlanacaq. Qanunun iyulun 1-də qüvvəyə minməsi planlaşdırılır.

Federal Aviasiya Administrasiyası qeyd edib ki, hava limanının adının dəyişdirilməsi yerli məsələdir və administrasiya adının dəyişdirilməsini təsdiqləmir. Lakin naviqasiya xəritələrini və məlumat bazalarını yeniləmək də daxil olmaqla müəyyən inzibati tapşırıqları yerinə yetirməlidir.

Qeyd olunub ki, Donald Trampın ailəsinə məxsus "Trump " şirkəti fevral ayında adının dəyişdirilməsi üçün müraciət edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax