Son hava hücumu nəticəsində Tehranın ətrafındakı Mehrabad beynəlxalq hava limanında təyyarə yanğını baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı "Al Hadath" telekanalı yayıb.
Bildirilib ki, əraziyə endirilən intensiv zərbələr silsiləsindən sonra təyyarələrdən biri alovlanıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb.
Buna cavab olaraq SEPAH genişmiqyaslı əməliyyata başladığını və İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum etdiyini açıqlayıb.