Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Adil Kərimli: Kitabxana sistemində davamlı monitorinqlər aparılır

2 dəq
Paylaş:
Adil Kərimli: Kitabxana sistemində davamlı monitorinqlər aparılır

Nazirliyi kitabxana strukturkalarında davamlı həyata keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu mədəniyyət naziri Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.

Onun sözlərinə görə, son 3 il ərzindəki monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb.

"Burada aparılan islahatların nəticəyönümlü olması üçün aparırıq. Bu təhlillər nəticəsində sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürmüşük".

Adil Kərimli qeyd edib ki, bəzən cəmiyyət arasında səslənən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud kitabxanalara soyuq yanaşma var" kimi fikirlər qəti şəkildə qəbuledilməzdir.

"Kitabxanalar dövlət üçün prioritetdir. Bu mənada, cəmiyyətin bilgi mədəniyyətinin formalaşmasında kitabxanaların rolu böyükdür".

Nazir bildirib ki, kitabxanalarla bağlı standartları var ki, nazirlik bütün bu prinsipləri nəzərə alaraq yeni model formalaşdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax