Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

10 metro stansiyası üzrə əlavə avtobuslar xəttə cəlb edildi

2 dəq
Paylaş:
10 metro stansiyası üzrə əlavə avtobuslar xəttə cəlb edildi

Aprelin 21-də " Metropoliteni" QSC-də yaranan texniki insident səbəbindən Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Agentliyi (AYNA) təxirəsalınmaz tədbirlər həyata keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AYNA-dan bildirilib.

Belə ki, Agentlik daşıyıcılara xətlərə əlavə nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verib. Bu çərçivədə metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə cəlb olunub.

"Sərnişin axınının tənzimlənməsi məqsədilə metro üzrə daşımaları əvəz edə biləcək marşrutlar üzrə avtobusların sayı artırılır və bu da gözləmə intervalının azalmasına, sərnişinlərin daha rahat və vaxtında mənzil başına çatmasına imkan yaradır. Bu səbəbdən xüsusilə sərnişin sıxlığının müşahidə olunduğu metronun "Elmlər Akademiyası", "Nizami", "28 May", "Gənclik", "20 Yanvar", "Nəriman Nərimanov", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Əhmədli" stansiyaları və şəhərin digər əsas istiqamətləri üzrə marşrutlara əlavə avtobusların cəlb olunması davam etdirilir", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax