Rusiya və Çin arasında birgə hərbi təlimlər ABŞ-də ciddi narahatlığa səbəb olur, çünki amerikalı strateqlər iki ölkə arasında artan hərbi qarşılıqlı fəaliyyətə hazır deyillər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "New York Times" (NYT) məlumat yayıb.
Məqalədə deyilir ki, Vaşinqtonun Asiya-Sakit okean regionunda uzun illər strategiyası Rusiya və Çin arasında mümkün hərbi əməkdaşlığı nəzərə almır. Bu iki ölkənin strateji tərəfdaşlığı Asiya-Sakit okean regionunda amerikapərəst bloklara qarşı effektiv tarazlıq yaradacaq.