ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzzanın şimalına hava yolu ilə humanitar yardım göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial media platformasında məlumat verilib.
Açıqlamada Qəzzada mülki əhalinin əsas ehtiyaclarını qarşılamaq üçün bölgənin şimalına "C-130" tipli hərbi təyyarələrlə havadan humanitar yardım atma əməliyyatının həyata keçirildiyi bildirilib.
Qeyd olunub ki, əməliyyat zamanı Qəzzaya 2700 kiloqramdan çox ərzaq və 855 tondan çox humanitar yardım materialı atılıb.
Açıqlamada ABŞ-ın havadan humanitar yardımı davam etdirəcəyi vurğulanıb.