İsrail ordusu Beyrutun cənubunda hava hücumları həyata keçirib, Hizbullah isə cavab zərbələri endirib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Livan Milli Xəbər Agentliyi (NNA) istinadən məlumat yayıb.
Bildirilir ki, İsrail ordusu Beyrutun cənub ətrafındakı Hadas məhəlləsinə iki hava hücumu həyata keçirib. Habelə Haret Hreik istiqamətində hücumlar bərpa olunub.
"Əl-Cəzirə" telekanalının məlumatına görə, İsrail ordusunun sözçüsü hücumdan əvvəl Hadas bölgəsinin sakinlərinə və Livanın cənubundakı 59 kəndin əhalisinə təxliyə olunmağı əmr edib. Sözçü bildirib: “Tezliklə Hizbullahın fəaliyyətinə qarşı tədbir görəcəyik”.
"Əl-Manar TV" məlumat verir ki, İsrailin hava hücumları zamanı Beyrutun cənub ətrafındakı Ən-Nur radio stansiyasının binası zərbə alıb. İsrailin "Yedioth Aharonot" qəzeti isə Hizbullahın İsrailin şimalına 15 raket hücumu etdiyini bildirir.
İsrail Daxili Cəbhə Komandanlığı isə Livandan atılan dörd raketin ələ keçirilməsindən sonra Yuxarı Qalileyada xəbərdarlığın ləğv olunduğunu açıqlayıb.