Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xanabad kəndinə neçə ailə köçdü? Xocalıda tarixi məskunlaşma

2 dəq
Paylaş:
Xanabad kəndinə neçə ailə köçdü? Xocalıda tarixi məskunlaşma

Fevralın 19-da Xocalı rayonunun kəndinə əhəmiyyətli ilk köç prosesi həyata keçirilib.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata əsasən, ilkin mərhələdə Xanabad kəndinə 154 nəfərdən ibarət 38 geri qayıdıb.

Kənddə mövcud yaşayış evləri əsaslı şəkildə təmir olunub. Yaşayış məntəqəsi 24 saat fasiləsiz olaraq təbii qaz, elektrik enerjisiiçməli su ilə təmin edilib. Yeni mənzillərin açarları Xocalı şəhərində keçirilən mərasimdə sakinlərə təqdim olunub.

Təqdimetmə mərasimində iştirak edən Prezidentin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Xanabad kəndində bütün zəruri infrastruktur qurulub. Əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirilib.

Bu proses Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Böyük proqramının tərkib hissəsidir. Dövlət başçısının vurğuladığı kimi, işğaldan azad edilmiş ərazilərdə həyat sürətlə bərpa olunur.

Xatırladaq ki, Xanabad kəndinə həyata keçirilən bu köç nəzərə alınmaqla, ümumilikdə Xocalı rayonu üzrə artıq 1 şəhər8 kəndə keçmiş məcburi köçkünlərin köçü təmin edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax