Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qarabağda 19 sənaye rezidenti fəaliyyətdədir

2 dəq
Paylaş:
Qarabağda 19 sənaye rezidenti fəaliyyətdədir

və Şərqi Zəngəzurdakı parklarında artıq 19-dan çox rezident fəaliyyət göstərir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu , Qubadlı və Zəngilan rayonlarında Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Urbisiddən dirçəlişə: Azərbaycanın azad olunmuş ərazilərində dayanıqlı yenidənqurma, yenidən məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu sənaye parkları region üçün mühüm logistika, sənaye və ticarət mərkəzlərinə çevrilir:

"Onlar yeni iş yerləri yaradır və uzunmüddətli iqtisadi artımı dəstəkləyir. Bununla yanaşı, regionda sürətlə inkişaf edən əsas sahələrdən biri də yaşıl enerjidir. Bildiyiniz kimi, İlham Əliyev tərəfindən bu ərazi "yaşıl zona" elan olunub və biz bu istiqamətdə mümkün olan bütün imkanlardan istifadə edirik".

Xüsusi nümayəndə qeyd edib ki, hazırda xarici şirkətlərdən biri Cəbrayılda 240 meqavat gücündə Günəş Elektrik Stansiyasına investisiya yatırır.

"Daha iki şirkət isə ümumilikdə təxminən 100 meqavatlıq layihələr həyata keçirir. Beləliklə, regionda böyük həcmdə enerji istehsalı formalaşır və bu enerji bütün Qarabağın təminatı üçün kifayət edir, artıq qalan hissə isə ixrac oluna bilər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax