Operativ Məlumat Mərkəzi

“Yuventus” Kessiye ilə maraqlanır

1 dəq
Paylaş:
“Yuventus” Kessiye ilə maraqlanır
Kessiye 2023-cü ilin avqustunda 12,5 milyon avroya "Barselona"dan "Əl Əhli"yə keçib. Onun müqaviləsi 2026-cı ilin iyun ayına qədər davam edir. "Yuventus"...

“Yuventus” A Seriyasına qayıtmaq istəyən “Atalanta” və “Milan”ın keçmiş yarımmüdafiəçisi, hazırda “Əl Əhli”də çıxış edən Frank Kessiye üçün potensial yeni klub ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Kessiye 2023-cü ilin avqustunda 12,5 milyon avroya "Barselona"dan "Əl Əhli"yə keçib.

Onun müqaviləsi 2026-cı ilin iyun ayına qədər davam edir.

"Yuventus" bu yay futbolçunu heyətinə qata bilər.

Əlavə edək ki, Frank Kessi 2024/25 mövsümündə "Əl Əhli"nin heyətində bütün yarışlarda 44 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər