Operativ Məlumat Mərkəzi

Yeni rektor kimdir? - DOSYE

1 dəq
Paylaş:
Yeni rektor kimdir? - DOSYE
bu vəzifəyə Kamilə Hüseyn qızı Dadaş-zadə təyinat alıb. Qeyd edək ki, Kamilə Dadaş-zadə bu təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət...

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu vəzifəyə Kamilə Hüseyn qızı Dadaş-zadə təyinat alıb.

Qeyd edək ki, Kamilə Dadaş-zadə bu təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiridir.

K.Dadaş-zadə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.

O, 2011-ci ildən kafedraya rəhbərlik edir.

K.Dadşzadə Konservatoriyanı bitirdikdən sonra uzun müddət Aşıqlar Birliyində çalışıb.

2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

2013-cü ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər