Əsas məzmuna keç

Yasamalda narkotacir tutulub

Yasamalda narkotacir tutulub

Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat...

Paytaxtın Yasamal rayonunda yerləşən binalarından birinin blokunda naməlum şəxslərin istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

DİN-in Xidmətinin bölmə rəisi Nurlan Əliyev "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var.

Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 550 qram narkotiv vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Hazırda yaşayış binası ətrafında profilaktik tədbirlər diqqətdə saxlanılır.

Faktla bağlı başlanan üzrə araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…