Əsas məzmuna keç

XİN ABŞ səfirliyinə cavab verdi - 19.12.2024

XİN ABŞ səfirliyinə cavab verdi - 19.12.2024

bu barədə Ayxan Hacızadə “X” platformasındakı paylaşımında bildirib. “Unutmayaq ki, əsl “namərdlik” ABŞ-nin “məşhur, dürüst və qərəzsiz” kimi təqdim...

Xarici İşlər Nazirliyinin (XİN) idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-nin Azərbaycandakı səfirliyinə cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ayxan Hacızadə “X” platformasındakı paylaşımında bildirib.

“Unutmayaq ki, əsl “namərdlik” ABŞ-nin “məşhur, dürüst və qərəzsiz” kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır.

Özünü səviyyədə insan hüquqlarının müdafiəçisi kimi qələmə verən və bir çox insan hüquqlarını heçə sayan ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir.

təzyiq kimi o zaman effektli ola bilər ki, tənqid edənin niyyəti saf, əxlaqı isə üstün olsun.

Keçmişdəki səhvlərdən dərs çıxarmaq gələcək uğurlu addımlar üçün əsas şərtdir”, - XİN rəsmisi vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…