Əsas məzmuna keç

Xətai prospektində təmir işlərinə başlanılıb

Xətai prospektində təmir işlərinə başlanılıb

təmir işləri prospektin Süleyman Rəhimov küçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1 740 metrlik hissəsini əhatə edir. Ortalama eni 18-19 metr...

prospektində təmir işlərinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, prospektin Süleyman Rəhimov küçəsindən Dəmirçizadə küçəsinədək olan 1 740 metrlik hissəsini əhatə edir. Ortalama eni 18-19 metr olan prospektdə hazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsi işləri həyata keçirilir. Layihə çərçivəsində zəruri hissələrdə mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi, prospektə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinə aid qapaqlarının layihə hündürlüyünə qaldırılması və yenilənməsi və yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması nəzərdə tutulub.

Son mərhələdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsiz və nizamlı təşkili məqsədilə nişanlama xətlərinin çəkilməsi təmin olunacaq.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…