"Leipzig"də çıxış edən 21 yaşlı hollandiyalı yarımmüdafiəçi Xavi Simons İngiltərə Premyer Liqasına keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Bild"ə istinadən xəbər verir ki, futbolçunun transferində “Mançester Yunayted” və “Liverpul” maraqlıdır.
Hazırki klubu futbolçunu 80 milyon avroya satmağa hazırdır.
Bu mövsüm hollandiyalı "RB Leipzig"in heyətində 29 matçda iştirak edib.
Simons 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Xavinin "Bulls"la hazırkı müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatır.