Əsas məzmuna keç

"Vladimir Putin vaxt qazanmağa çalışır"

"Vladimir Putin vaxt qazanmağa çalışır"

prezidenti Vladimir Putin özəl ordu birliyinin rəhbəri Priqojinə qarşı necə davranacağını düşünərkən, eyni zamanda vaxt qazanmağa çalışır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri ABŞ mərkəzi idarəsinin direktoru Uilyam Börns Aspen forumunda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Priqojinin rəhbərlik etdiyi qiyam Vladimir Putinin qurduğu sistemin zəifliklərini üzə çıxarıb.

“Gördüklərimiz çox qarışıq bir rəqsdir” – kəşfiyyat idarəsinin direktoru bildirib.

Börns Rusiya liderinin hələ də Vaqner rəhbərindən qisas almaq istədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, təxminən bir ay əvvəl, Vaqner özəl ordu birliyinin rəhbəri Yevgeni Priqojin bölmələrinin Rusiya hərbi rəhbərliyinin hücumuna məruz qaldığını iddia edərək hərbi qiyama cəhd edib.

Lakin, Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Vaqner bölmələri geri çəkilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…