Operativ Məlumat Mərkəzi

Türkiyə Qəzzada azad edilən 15 fələstinli məhbusu qəbul edəcək

1 dəq
Paylaş:
Türkiyə Qəzzada azad edilən 15 fələstinli məhbusu qəbul edəcək
bu barədə “TRT Haber” telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd edilib ki, fələstinlilər yaxın günlərdə Türkiyəyə gedəcəklər. Türkiyənin xarici...

Türkiyə Qəzzada azad edilən 15 fələstinli məhbusu ilkin olaraq öz ərazisində qəbul edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, fələstinlilər yaxın günlərdə Türkiyəyə gedəcəklər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirmişdi ki, Qəzzada atəşkəs razılaşmasının şərtlərindən biri fələstinli məhbusların azad edildikdən sonra Fələstin torpaqlarında qalmamasını şərtləndirir.

Onun sözlərinə görə, azad edilmiş fələstinlilərin bir hissəsinin Türkiyəyə qəbulu barədə göstərişi prezident Ərdoğan verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər