Əsas məzmuna keç

Türkiyə parlamenti təbii qaz habının fəaliyyətinə dair qərarlar qəbul edib

Türkiyə parlamenti təbii qaz habının fəaliyyətinə dair qərarlar qəbul edib

Türkiyə Böyük Milli Məclisi (parlament) təbii qaz habının fəaliyyəti üçün qanunvericiliyə tələb olunan dəyişikliklərlə bağlı qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

"Bu qərarlar sayəsində BOTAŞ və digər daha sürətli, rahat işləmək imkanı əldə edəcək. Qaz ticarət mərkəzinin açılması ilə qiymətlər də aşağı düşəcək ki, bu da Avropa üçün böyük kəsb edir. Türkiyə qazın istinad dəyərini təyin edən bazarlardan birinə çevriləcək", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, Türkiyə qazın Avropaya nəqli və satışı ilə bağlı digər ölkələrlə variantlarını nəzərdən keçirir. Bu məqsədlə birgə müəssisənin yaradılmasına dair Azərbaycanla razılıq əldə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…