Operativ Məlumat Mərkəzi

Tiflisdə keçirilən aksiyada 20-dən çox etirazçı saxlanılıb

1 dəq
Paylaş:
Tiflisdə keçirilən aksiyada 20-dən çox etirazçı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tiflisdə parlament binası yaxınlığında keçirilən aksiyada 22 nəfəri saxlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onların hamısı inzibati qaydada saxlanılıb.

Saxlanılan şəxslər müxtəlif istintaq təcridxanalarına aparılıb və məhkəmə qarşısına çıxarılacaq.

Xatırladaq ki, Gürcüstan parlamenti yaxınlığında hökumət əleyhinə növbəti aksiya keçirilib. Mitinq uzun müddət dinc keçsə də, sonra polislə qarşıdurmaya çevrilib.

Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və şırnaqlardan istifadə edərək nümayişçiləri parlament binasından uzaqlaşdırmağa məcbur olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər