Əsas məzmuna keç

Təyyarə qəzasında həlak olan Zaqatala sakinlərinin nəşləri ailələrinə təhvil verilib

Təyyarə qəzasında həlak olan Zaqatala sakinlərinin nəşləri ailələrinə təhvil verilib

qəzada həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri - 1977-ci il təvəllüdlü Carayev Arif Əsəbəli oğlu, 1990-cı il təvəllüdlü Carayev Hacıibrahim...

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində olan beş nəfərin nəşi Zaqatala rayonuna gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reporta"-a istinadən xəbər verir ki, qəzada həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri - 1977-ci il təvəllüdlü Arif Əsəbəli oğlu, 1990-cı il təvəllüdlü Carayev Hacıibrahim Süleyman oğlu və 1981-ci il təvəllüdlü Ceerov Xizri İsa oğlunun, Höytala kənd sakini, 1966-cı il təvəllüdlü İgidova Nərminə Salah qızı və Maqov kənd sakini 1996-cı il təvəllüdlü Kostiyev İbrahimxəlil Makkaşərif oğlunun nəşi bu gün səhər saatlarında ailələrinə verilib.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 10 nəfəri Zaqatala rayon sakini olub, onlardan 5-i qəza zamanı həyatını itirib.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…