Əsas məzmuna keç

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayıb

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayıb

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayıb. Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən...

Təhsildə üzrə IX qrant müsabiqəsinə qəbulu başlayıb.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Elm və “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”ni elan edir.

Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində pedaqoji işçilər iştirak edə bilərlər.

Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 4 mart – 10 aprel 2025-ci il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində maarifləndirmə sessiyaları həyata keçiriləcək. Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin və müsabiqənin rəsmi resurslarında paylaşılacaq.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…