Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölkənin Hərbi Hava Qüvvələrinin Tayvanın Hualien bölgəsində yerləşən bazasında olan səkkiz F-16 qırıcısı zədələnib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “China Times” qəzeti məlumat yayıb.
KİV-in məlumatına görə, zəlzələ nəticəsində təyyarənin üzərində çatlar əmələ gəlib.
Bildirilir ki, mütəxəssislər dərhal F-16-nı təmir edib və zədələnmiş hissələri dəyişdiriblər. Beləliklə, təyyarənin döyüş qabiliyyəti tam bərpa edilib.