Əsas məzmuna keç

Taleh Kazımov: Yaşıl Maliyyə Taksonomiyası hökumətə təqdim ediləcək

Taleh Kazımov: Yaşıl Maliyyə Taksonomiyası hökumətə təqdim ediləcək

bunu Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. O bildirib ki, 2023-2026-cı...

olaraq yaşıl maliyyənin yaradılması bizim üçün prioritetdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda zamanı Mərkəzi Bankının (AMB) sədri Taleh deyib.

O bildirib ki, 2023-2026-cı illər üzrə Dayanıqlı Maliyyə Yol Xəritəsi hazırlanıb. Bu maliyyə sektorunun dayanıqlı inkişafda rolunun gücləndirilməsi məqsədini daşıyır. Yol Xəritəsi çərçivəsində mühüm təşəbbüslərdən biri olan Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlanılıb: “Biz, dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, təşkilatlar da daxil olmaqla bütün tərəfdaşlarımızla taksonomiya üzrə keçirdiyimiz məsləhətləşmələri yekunlaşdırmışıq. Növbəti mərhələdə taksonomiyanın yekun layihəsinin təsdiq olunması üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Taksonomiyanın əsas məqsədi iqlim dəyişikliyinin təsirinin azaldılması, bu dəyişikliklərə uyğunlaşmanın təmin edilməsi, ekosistemin bərpası və mühafizəsidir.

AMB sədri həmçinin vurğulayıb ki, Yaşıl istiqrazlar sahəsində qabaqcıl beynəlxalq təcrübəni hərtərəfli nəzərdən keçirərək qlobal səviyyədə tanınmış standart və prinsiplərə uyğunluğu təmin edən hüquqi baza hazırlanıb. Artıq layihə hökumətə təqdim olunub. Həmçinin, iqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatlar hazırlanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…