Əsas məzmuna keç

Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub

Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub

Təşkilat Komitəsi FIDE təmsilçisi Vladislav Artemyevlə (2808) razılıq əldə edib. O, blits üzrə komandalar arasında dünya çempionatının qalibi və Avropa...

İlk dəfə Şuşada keçiriləcək Vüqar Memorialının sonuncu iştirakçısı məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Federasiyasının xidmətinə istinadən xəbər verir ki, Təşkilat Komitəsi FIDE təmsilçisi Vladislav Artemyevlə (2808) razılıq əldə edib.

O, blits üzrə komandalar arasında dünya çempionatının qalibi və Avropa çempionudur.

Turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrossmeysterlər rapid və blits üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…