Əsas məzmuna keç

İran və Səudiyyə Ərəbistan arasında diplomatik münasibətlər bərpa olunur

İran və Səudiyyə Ərəbistan arasında diplomatik münasibətlər bərpa olunur

İranla arasında münasibətlərin bərpası regionda sabitliyi gücləndirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Syrian Arab News Agency – S A N A” agentliyi XİN-in bəyanatına istinadən məlumat yayıb.

Suriya Xarici İşlər Nazirliyi (XİN) İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına dair əldə olunan razılaşmanı alqışlayır.

Rəsmi Dəməşq həmçinin Tehran və Ər-Riyadın razılaşmalar əldə etməsi üçün Çin rəhbərliyinin göstərdiyi səyləri də vurğulayıb: "Bu mühüm addım Yaxın Şərqdə təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edəcək, iki dövlətin və bütün region xalqlarının maraqları naminə əməkdaşlığa kömək edəcək".

Qeyd edək ki, dünən İranın “Tasnim” agentliyi İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına dair razılaşma və iki ay ərzində səfirliklərin açılması planları barədə məlumat verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…