Operativ Məlumat Mərkəzi

Sumqayıtda zavodda partlayış olub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

1 dəq
Paylaş:
Sumqayıtda zavodda partlayış olub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
ilkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Xəsarət alanların 3 nəfər olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Sumqayıt şəhərində baş verən partlayış səbəbilə mayın 20-də saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirilib.

"Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda deyilir.

***

Sumqayıtda zavodda partlayış olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

Xəsarət alanların 3 nəfər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər