Əsas məzmuna keç

Sumqayıtda təqaüdçülərə qarşı quldurluq və soyğunçuluq edilib

Sumqayıtda təqaüdçülərə qarşı quldurluq və soyğunçuluq edilib

Sumqayıtda təqaüdçülərə qarşı quldurluq və soyğunçuluq edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat...

Sumqayıtda təqaüdçülərə qarşı edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən zamanı şəhər ərazisində ahıl şəxsləri izləyərək onlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Sadiq Şavaqatov və Zahid Kazımov saxlanılıblar.

Qeyd edilib ki, bu şəxslər bankomatlarda təqaüdlərini nağdlaşdıran zərərçəkənlərin pullarını ələ keçiriblər.

Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər - Bayandur Umudov da tutulub. Onun üzərindən 1 kiloqramdan artıq olan marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Foto qalereya

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…