Əsas məzmuna keç

Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

təbrikdə deyilir: "Zati-aliləri! Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən...

Respublikasının Prezidenti Nataşa Pirç Musar Respublikasının Prezidenti İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, ölkənizin və xalqınızın inkişafı, rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Ölkələrimiz arasındakı dostluq münasibətlərini məmnuniyyətlə qeyd edirəm. Sloveniya-Azərbaycan tərəfdaşlığı qarşılıqlı fayda əsasında əhəmiyyətli dərəcədə möhkəmlənib.

Sloveniya 2024-2025-ci illər üçün BMT Şurasının qeyri-daimi üzvü kimi sülhün, sabitliyin və xalqların birgəyaşayışının möhkəmlənməsi istiqamətində səylərini daha da artıracaqdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…