Əsas məzmuna keç

Şəkidə avtomat satan şəxs tutulub

Şəkidə avtomat satan şəxs tutulub

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursatın yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş 49 yaşlı Mübariz Bəşirov saxlanılıb. Ondan “Kalaşnikov” markalı , həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar götürülüb. Saxlanılan şəxs həmin silahı satmaq məqsədilə saxladığını bildirib.

Faktla bağlı başlanılıb, məhkəmənin qərarı ilə M.Bəşirov barəsində həbs qətimkan tədbiri seçilib.

Son 1 ay ərzində şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif çaplı 20 ov tüfəngi müəyyən olunaraq götürülüb. Həmin şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu istiqamətdə zəruri bilinən əməliyyat tədbirləri davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…