Əsas məzmuna keç

Sədərəkdə minik avtomobili yanıb

Sədərəkdə minik avtomobili yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Muxtar Respublikasının rayonu, Sədərək kəndi ərazisində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində "Volqa” markalı minik avtomobilinin bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar və sürücü panelinin bir qismi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…