Sankt-Peterburqda mühacir üç aylıq körpəni anasından oğurlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.
Hadisə şəhərin Admiralteyski rayonunda baş verib. Orta Asiya ölkələrindən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, üç aylıq körpənin bioloji atası oğlunu götürərək naməlum istiqamətə yola düşüb.
Orta Asiya ölkəsindən olan şəxsə qarşı adam oğurluğu maddəsi ilə cinayət işi açılıb.