Əsas məzmuna keç

"Sabah" - "Beşiktaş" oyunu başa çatıb - YENİLƏNİB

"Sabah" - "Beşiktaş" oyunu başa çatıb - YENİLƏNİB

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.  Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü...

Bakıda "Sabah" və Türkiyənin "" klubları arasında baş tutan xeyriyyə oyunu başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tofiq adına stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib.

təmsilçində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə "Sabah"ın heyətində Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən çəkənlərə yardım üçün göndəriləcək.

18:49 ***

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 44-cü dəqiqədə İstanbul təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

Umut Meraş özünün və komandasının ikinci qoluna imza atıb. 41-ci dəqiqədə "Sabah"ın heyətində Coy Lens Mikels penaltidən yararlana bilməyib.

Görüşdə ilk hissə başa çatıb.

18:09 ***

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyunda erkən qollar vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib.

3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib.

18:00 ***

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında xeyriyyə oyunu başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 18:00-da start götürüb.

Matçı FIFA referisi Tural Qurbanov idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…