Rusiyada məhkəmə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yalan məlumatların olduğu deyilən şəkilləri silmədiyinə görə "Google"u 4 milyard 611 milyon rubl (təxminən 51 milyon dollar) cərimələyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, "Google" əvvəllər də oxşar səbəblərə görə cərimələnib. Şirkətin Rusiyadakı törəmə şirkəti də öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.