Əsas məzmuna keç

Ramiz Mehdiyevin qohumuna VƏZİFƏ VERİLDİ

Ramiz Mehdiyevin qohumuna VƏZİFƏ VERİLDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə yeni rəis müavini təyin edilib. "Operativ Məlumat Mərkəzi-OMM" yerli KİV-ə istinadən bildirir...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"yerli KİV-ə istinadən bildirir ki, fövqəladə hallar naziri - Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elvin Xanlar oğlu təminat üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, Elvin Mehdiyev bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Polkovnik Elvin Mehdiyev Administrasiyasının sabiq rəhbəri Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.

Onu da əlavə edək ki, Elvin Mehdiyev əvvəllər Dövlət Gömrük Komitəsində də yüksək vəzifədə çalışıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…