Əsas məzmuna keç

Qarabağ və Türkiyə-Azərbaycan Universitetinlərində yeni tədris ili bir həftə gec başlayacaq - RƏSMİ

Qarabağ və Türkiyə-Azərbaycan Universitetinlərində yeni tədris ili bir həftə gec başlayacaq - RƏSMİ

bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, Qarabağ Universitetinə qəbul olan tələbələrin...

və Türkiyə-Azərbaycan Universitetinlərində yeni bir həftə gec başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə elm və naziri jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Qarabağ Universitetinə qəbul olan tələbələrin yataqxanalara yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq: "Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq. Tədris sentyabrın 23-dən etibarən başlayacaq. Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq".

Qarabağ Universitetində təhsil alacaq tələbələrə veriləcək əlavə təqaüd məbləği barədə danışan E.Əmrullayev vurğulayıb ki, bununla bağlı tələbələrin qeydiyyat prosesinin başa çatması gözlənilir: "Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlərin verilməsi planlaşdırılır. Eyni zamanda bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…