Operativ Məlumat Mərkəzi

"Putin Macarıstana gəlsə, həbs olunmayacaq"

2 dəq
Paylaş:
"Putin Macarıstana gəlsə, həbs olunmayacaq"
bu barədə açıqlamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto CNN telekanalına müsahibəsində verib. Nazir xatırladıb ki, Macarıstan artıq BCM-dən...

Macarıstan hakimiyyəti bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Budapeştə ABŞ prezidenti Donald Trampla görüşmək üçün səfər edərsə, onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarları icra olunmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə açıqlamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto CNN telekanalına müsahibəsində verib.

Nazir xatırladıb ki, Macarıstan artıq BCM-dən çıxdığını elan edib və məhkəmənin qərarlarını tanımır:

“Prezident Putin bu yay ABŞ-yə (Alyaska) səfər edib və orada həbs olunmayıb. Macarıstana gəlsə, o da həbs olunmayacaq.”

Siyarto həmçinin Avropa İttifaqının (Aİ) Rusiya liderinin Budapeşt sammitinə səfərinə mane olmayacağına ümid etdiyini bildirib:

“Əgər hər hansı Avropa ölkəsi Putinin təyyarəsinin hava məkanından uçmasına icazə verməzsə, bu, həmin ölkənin sülh istəmədiyini göstərir”.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ildə Vladimir Putinin həbsi barədə order vermişdi. Lakin Moskva bu qərarı tanımır və onu hüquqi cəhətdən əsassız sayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər