Əsas məzmuna keç

Prezident və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTOLAR

Prezident və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Yuxarı Gövhər Ağa məscidini...

İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırıldı ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib.

Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Prezidentinin tapşırığı ilə dərhal məscidlərin bərpa edilməsi işinə başlanılıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscidi olub. Fondu tərəfindən burada həyata keçirilmiş bərpa işlərinə 2021-ci ilin sonlarından başlanıb.

2023-cü il mayın 10-da isə İlham Əliyev, birinci xanım və ailə üzvlərinin iştirakı ilə məscidin əsaslı yenidənqurma və bərpadan sonra açılışı olub.

Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…