Operativ Məlumat Mərkəzi

Prezident SƏRƏNCAM İMZALADI

1 dəq
Paylaş:
Prezident SƏRƏNCAM İMZALADI
Prezident AMEA Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Yeni ad açıqlandı.

Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında” Sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sərəncama əsasən, AMEA-nın Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər