Böyük Britaniya və Polşa Rusiyanı cilovlamaq üçün müqaviləni yekunlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə istinadən xəbər verir.
"Polşa və Britaniya ikitərəfli təhlükəsizlik sazişi üzərində işi yekunlaşdırır", - nəşrin müəllifləri yazır.
Qeyd olunur ki, sənəddə “Rusiyanı cilovlamaq üçün” əlavə tədbirlər, habelə insan qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyaya qarşı tədbirlər yer alacaq.