Əsas məzmuna keç

Pirotexniki vasitələr və silah-sursat aşkarlanıb

Pirotexniki vasitələr və silah-sursat aşkarlanıb

Ağstafada mağazalarda pirotexniki vasitələr aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən...

Ağstafada mağazalarda pirotexniki aşkarlanıb.

DİN-in Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazalarda partlayıcı pirotexniki vasitələrin satışını edən şəxslər müəyyən edilib. Satışı təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bundan başqa Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köçəsgər kəndində silah-sursat aşkarlanıb. Polis əməkdaşları hadisə yerinə gələrək tədbirlər həyata keçirib və oradan dörd ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edərək götürüblər.

Silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…