Əsas məzmuna keç

Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO

Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO

bununla əlaqədar bütün bu günlər ərzində Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş...

Artıq on gündür ki, şəhərinə intensiv qar yağması davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla əlaqədar bütün bu günlər ərzində Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdiriblər.

Yağan qarın fəsadlarının aradan qaldırılması ilə bağlı kommunal tərəfindən operativ tədbirlər görülür. Xüsusi təyinatlı texnika tərəfindən mərkəz küçə və prospektlər, həmçinin ətraf qəsəbələrin yolları qardan təmizlənir, duz səpilir.

Səhər tezdən isə kommunal xidmətlər metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər işlərini davam etdiriblər.

Ərazidə aparılan təmizlik işləri ilə bağlı fotoları təqdim edirik.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…