Əsas məzmuna keç

Paşinyan Qazaxıstanın Azərbaycanla normallaşmadakı rolundan danışıb: Bizim üçün çox şey deməkdir

Paşinyan Qazaxıstanın Azərbaycanla normallaşmadakı rolundan danışıb: Bizim üçün çox şey deməkdir

Nikol Ermənistanın Qazaxıstanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bir daha təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Astanada Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında bildirib.

“Qazaxıstan bizim üçün çox vacibdir, çünki Almatıda nazirimizlə Azərbaycanın xarici işlər naziri arasında görüşlər keçirmək imkanımız olub. Bu, bizim üçün çox şey deməkdir. Sirr deyil ki, Ermənistanla arasında sülh konkret siyasi əhəmiyyətə və simvolizmə malik olan Almatı bəyannaməsinə əsaslanır. Mən çox şadam ki, mənim rəsmi səfərim nəticəsində Ermənistanla Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu, regionda qarşılıqlı fəaliyyətimizin yeni inkişaf səviyyəsi deməkdir, – Ermənistanın Baş naziri deyib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…