Operativ Məlumat Mərkəzi

Paris-2024: Hidayət Heydərov olimpiya çempionu OLDU - YENİLƏNİB

2 dəq
Paylaş:
Paris-2024: Hidayət Heydərov olimpiya çempionu OLDU - YENİLƏNİB
73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb. Qeyd edək ki, mübarizəyə...

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı Kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H.Heydərov həlledici mərhələyə vəsiqə qazanıb.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kanadalı Artur Margelidon ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər