Əsas məzmuna keç

Papa Fransisk sentyabrda Cənub-Şərqi Asiya ölkələrinə səfər edəcək

Papa Fransisk sentyabrda Cənub-Şərqi Asiya ölkələrinə səfər edəcək

bu barədə xarici KİV məlumat yayıb. Vatikan Mətbuat sözçüsü Matteo Bruni yazılı açıqlamasında, "Müvafiq dövlət başçılarının və kilsə səlahiyyətlilərinin...

Katoliklərin və Vatikanın prezidenti Papa sentyabrda 4 Cənub-Şərqi Asiya ölkəsinə səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Vatikan sözçüsü Matteo Bruni yazılı açıqlamasında, "Müvafiq dövlət başçılarının və kilsə səlahiyyətlilərinin dəvətinə cavab olaraq Papa Fransisk 2-13 sentyabr tarixləri arasında İndoneziya, Papua Yeni Qvineya, Timor və Sinqapura apostol səfəri edəcək",- deyə bildirib.

Bruni Papanın 3-6 sentyabrda Cakartaya, 6-9 sentyabrda Port Moresbi və Vanimoya, 9-11 sentyabrda Diliyə, 11-13 sentyabrda Sinqapura səfər edəcəyini bildirib

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…