Əsas məzmuna keç

Övladlığa götürmə qaydası təkmilləşdirilir

Övladlığa götürmə qaydası təkmilləşdirilir

bu, Milli Məclisin Ailə, komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə...

Övladlığa götürmə qaydası təkmilləşdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin Ailə, komitəsinin bu gün keçirilən iclasında müzakirəyə Ailə Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaq onu 3 aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürüldükdə, Ailə Məcəlləsinin 118.3.3–118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil olunmur.

Həmin tələblər aşağıdakılardır:

- övladlığa götürmək (şəxslərə) uyğun uşağın, övladlığa uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…