Operativ Məlumat Mərkəzi

Ötən il 36 məktəb direktoru işdən çıxarılıb

1 dəq
Paylaş:
Ötən il 36 məktəb direktoru işdən çıxarılıb
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ötən il müxtəlif istiqamətlər üzrə təhsil müəssisələrini əhatə edən 4 743 monitorinq keçirib....

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ötən il müxtəlif istiqamətlər üzrə təhsil müəssisələrini əhatə edən 4 743 monitorinq keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MÜTDA-dan məlumat verilib.

Monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 96 nəfərə töhmət, 34 direktora isə xəbərdarlıq elan edilib.

Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.

Bu həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər