Azərbaycanda iyulun 25-də yabanı halda bitmiş 9,3 tona yaxın çəkidə 28165 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 34,7 kiloqramdan artıq narkotik vasitə və 23 psixotrop tərkibli həb götürülüb.