Operativ Məlumat Mərkəzi

NATO Türkiyəyə 4 min nəfərlik çadır göndərəcək

2 dəq
Paylaş:
NATO Türkiyəyə 4 min nəfərlik çadır göndərəcək

NATO Türkiyəyə 4 min çadır göndərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin milli ordu genralı Hulusi Akar deyib.

Onun sözlərinə görə, Alyansla bu barədə razılıq əldə olunub.

Qeyd olunub ki, NATO Hatayda 4 min nəfərlik çadır şəhərciyinin qurulmasında iştirak edir: “Bundan əlavə olaraq, daha 4 min nəfərlik çadır da ölkəmizə göndəriləcək”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Hadisə nəticəsində həlak olanların sayı 46 mini keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax