Əsas məzmuna keç

Narkotikin təsiri altında mikroavtobus idarə edən sürücü həbs edilib

Narkotikin təsiri altında mikroavtobus idarə edən sürücü həbs edilib

stasionar postda yoxlama-nəzarət qaydasında saxlanılan “Hyundai” markalı mikroavtobusun sürücüsü Hafiz Piriyevin sənədləri yoxlanılarkən hərəkətləri...

Baş Dövlət İdarəsinin Ekoloji Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində maddənin altında sərnişin daşıma fəaliyyəti göstərən sürücü ifşa olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-in xidmətinə istinadən xəbər verir ki, stasionar postda yoxlama-nəzarət qaydasında saxlanılan “Hyundai” markalı mikroavtobusun sürücüsü Hafiz Piriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı Hafiz Piriyevin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Barəsində inzibati protokol tərtib edilən Hafiz Piriyev məhkəmənin qərarı ilə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.

Sərnişinlərin həyatı üçün təhlükə yarada biləcək hadisənin qarşısı növbəti dəfə DYP əməkdaşlarının sayıqlığı nəticəsində alınsa da, sərnişin daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər bu sahədə daha kəsərli tədbirlər görməli, sükan etibar etdikləri sürücülərlə bağlı qanunvericiliyə uyğun nəzarət tədbirləri gücləndirilməlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…