Operativ Məlumat Mərkəzi

MSK-nın növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilir - YENİLƏNİB

2 dəq
Paylaş:
MSK-nın növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilir - YENİLƏNİB
Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilir. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə,...

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, komissiya sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 4 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi;

2. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;

3. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması;

4. Növbədənkənar Prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

***

Bu gün növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, toplantı saat 16:00-da başlayacaq.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər